İngiltərənin “Mançester Siti” klubunun yay transferlərinə 300 milyon funt sterlinq ayıracaq.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, heyəti gücləndirmək niyyətində olan klub rəhbərliyi mərkəz müdafiəçisi, vinger və hücumameylli yarımmüdafiəçi almağı planlaşdırır.

Gələn mövsüm "Liverpul"la rəqabət apara bilmək üçün "şəhərlilər" müdafiənin mərkəzinə iki oyunçunun transferini də düşünür.

Baş məşqçi Xosep Qvardiolanın ilk istəyi "Lester Siti"dən 50 milyonluq Çilvelin transferidir. Digər 3 futbolçu isə "Bornmunt"dan Natan Ake,"Napoli"dən Xalidu Kulibali,  "Vulverhempton"dan Adam Traoredir. 

Kevin De Bruyne, Rahim Sterlinq və Qabriel Jezuşla yeni müqavilənin imzalanması gözlənilir. 

Qeyd edək ki, “Mançester Siti” sonuna bir tur qalan Premyer Liqanın turnir cədvəlində 78 xalla ikincidir. Çempion isə "Liverpul" olub.