İngiltərə Futbol Jurnalistləri Assosiasiyası Premyer Liqada cari mövsümün ən yaxşı futbolçusunun adını elan edib.
Offsideplus.az "goal.com"a istinadən xəbər verir ki, sözügedən oyunçu “Liverpul”un yarımmüdafiəçisi Cordan Hendersondur.
"Qızmızılar"ın kapitanı səsvermə zamanı Kevin De Brüyne, Markus Reşford və komanda yoldaşları Vircil van Deyk və Sadio Mane kimi futbolçuları qabaqlayıb.