“Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Yaya Ture ikinci liqa təmsilçisi “Leyton Orient” komandası ilə birgə məşq edir.

Offsideplus.az xəbər verir ki, İngiltərə mətbuatı 37 yaşlı yarımmüdafiəçinin fiziki gücünün zəif olduğunu yazır. Turenin komanda ilə məşqlərdə formasını bərpa edib, özünə ölkə xaricində klub tapacağı bildirilir.

Üç dəfə Premyer Liqa çempionluğu yaşamış təcrübəli futbolçunun son komandası Çinin “Çindao Xaynyu” klubu olub.