Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVII turunda "Liverpul" öz meydanında "Çelsi"ni 5:3 hesabı ilə məğlub edib.

 Offsideplus.az xəbər verir ki, matçın gedişində komandaların məşqçiləri arasında xoşagəlməz hal yaşanıb.

Epizodların birində "Çelsi"nin futbolçunun kobud oyununa etiraz edən "Liverpul"un məşqçilər heyəti rəqibin çalışdırıcısı Frenk Lempardın qəzəbinə tuş gəlib. İngilis mütəxəssis həmin epizodda qayda pozuntusu olmadığını əsəbi formada deyib. Mübahisəyə Yurgen Kloppun köməkiçisi Pep Linders qoşulduqda Lempard onu söyüb.

Yurgen Klopp əvvəlcə Lindersi sakitləşdirib, ardınca Lemparda köməkçisi ilə söyüşlə danışmamağı rica edib. "Liverpul"un məşqçilər korpusundan daha bir nəfər qayda pozuntusu olduğunu dedikdə, Lempard "Sən kəs səsini" deyib, daha sonra ona əsəbiləşən Kloppa isə "Sən də rədd ol, cəmi bir titulun var, ... burdan" ifadəsini işlədib.

Qeyd edək ki, bu oyundan sonra 2019/2020 mövsümünün çempionu "Liverpul"a kubok və qızıl medallar təqdim olunub. "Liverpul" 30 il fasilədən sonra Premyer Liqanın qalibi olub.

Məşqçilər arasında yaşanan mübahisəli epizodun görüntüsünü təqdim edirik: