Azərbaycan millisinin və ”Vulverhempton”un futbolçusu Renat Dadaşovun “Birmingem Siti”yə keçidi baş tutmayıb.

Offsideplus.az "Dailymail" nəşrinə istinadən xəbər verir ki, Birmingem klubu 21 yaşlı hücumçunu icarə əsasında heyətinə qatmaq istəsə də komandalar razılığa gələ bilməyiblər.

Qeyd edək ki, 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayan Renat Dadaşovla digər Çempionşip təmsilçisi "Koventri" də maraqlanır.