"Mançester Siti" klubunun argentinalı futbolçusu Serxio Aquero Çempionlar Liqasının 1/8 finalında "Real"la cavab görüşündə oynamaq üçün hazırlıqları davam etdirir.
Offsideplus.az xəbər verir ki, dizindən əməliyyat edilən32 yaşlı hücumçu bunun üçün gündə 3 dəfə məşq edir.
İdman zalında çalışan forvard yaxın günlərdə meydanda məşqlərə başlayacaq.