"Nyukasl" klubunu satın almaq istəyən Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd Bin Salmanın bu istəyi baş tutmaya bilər.
Offsideplus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İnsan Haqqlarına Nəzarət palatası (HRW) İngiltərə Premyer Liqasında yeni qayda tətbiq etməyə hazırlaşır.
Belə ki, qurum insan haqqları barədə aktı ölkənin bir nömrəli futbol çempionatına tətbiq etməyi planlaşdırır.
Bu isə Bin Salmanın "Nyukasl"a sahiblənməsinə böyük maneə yaradacaq. Səbəb şahzadənin vaxtilə məşhur jurnalist Camal Qaşıqçının qətlinin sifarişində adının hallanmasıdır.
İnsan Haqlarına Nəzarət palatası məhz bu aspektdən yanaşaraq, Bin Salmanın İngiltərədə hər hansı futbol klubunu satın almasına icazə verməyəcək.
Qeyd edək ki, Məhəmməd Bin Salman "Nyukasl"ı 350 milyon funt sterlinqə almağa hazırlaşır.