Futbol üzrə İngiltərə Premyer Liqası ilə bağlı yeni xəbər yayılıb.
Offsideplus.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən stadionlara gəlmələri qadağan edilən tamaşaçılar artıq oyunları arenalardan canlı izləyə biləcəklər.
Bu barədə İngiltərənin baş naziri Boris Conson açıqlama verib. O bildirib ki, azarkeşlər oktyabr ayından etibarən stadionlara buraxılacaq.
Conson həmçinin insanlara müraciət edərək, onları maska taxmağa və sosial məsafə saxlamağı unutmamağa çağırıb.