“Liverpul” ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, mersisaydlılar bir müddət kapitan Cordan Hendersonun xidmətindən yararlana bilməyəcəklər. Ötən həftə “Arsenal”la oyunda xəsarət ala yarımmüdafiəçi uzun müddət yaşıl meydanlara həsrət qalacaq. Bu barədə xəbəri İngiltərə mətbuatı yayıb. Sözügedən matçın 13-cü dəqiqəsində zədələnən və meydanı yarımçıq tərk edən futbolçu ən az 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bununla da o, İngiltərə kubokunun “Everton”, həmçinin, Premyer Liqanın “Lester”, “Bernli”, “Mançester Siti”, “Suonsi” və “Haddersfild”lə görüşlərini buraxmalı olacaq.

Hendersonun Çempionlar Liqasının 1/8 final mərhələsinin “Portu” ilə ilk oyununa kimi sıraya qayıdacağı isə hələ ki bəlli deyil.

apasport.az