"Arsenal" futbolçusu Konstantinos Mavropanosla yeni müqavilə imzalayıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, 2019/2020 mövsümünün ikinci yarısını icarə əsasında "Nürnberq"də keçirən K.Mavropanos 2020/21 mövsümünü yenə icarə əsasında, bu dəfə "Ştutqart"da keçirəcək.