La Liqa prezidenti Xavyer Tebas İdman Arbitraj Məhkəməsinin (CAS) “Mançester Siti”nin cəzasını ləğv etməsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, qurum rəhbəri CAS-ın standartlara uyğun olmadığını bildirib: “CAS-ın belə bir qərar verib-verməmək üçün doğru yer olduğuna yenidən baxmalıyıq. İsveçrə zəngin arbitraj tarixi olan ölkədir. Ancaq CAS standartlara cavab vermir”.
Qeyd edək ki, UEFA maliyyə feyr-pley qaydalarını pozduğu üçün “Mançester Siti”ni iki il avrokuboklardan uzaqlaşdırsa da, CAS bu qərarı ləğv edib. Həmçinin "şəhərlilər"ə verilən 30 milyon avro pul cəzası 10 milyon avroya endirilib.