"Mançester Yunayted" klubu fransalı yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni uzada bilər.
Offsideplus.az xəbər verir ki, rəhbərlik yaxın günlərdə oyunçu ilə danışıqlara başlayacaq.
Baş məşqçi Ole Qunnar Sulşer fransalı futbolçunun heyətdə qalmasını istəyir. Daha öncə Poqbanın klubdan ayrılacağı deyilsə də, hazırda yarımmüdafiəçinin belə bir fikri olmadığı vurğulanıb.
Qeyd edək ki, Poqbanın klubu ilə müqaviləsi 2021-ci ildə başa çatır.