“Lester” klubu İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində “Kristal Palas”a 3:0 hesabıyla qalib gəlib.
Offsideplus.az xəbər verir ki, bu oyun “tülkülər"in hücumçusu Ceymi Vardi üçün əlamətdar olub.
Belə ki, bu oyunda komandasının 2-ci və 3-cü qollarının müəllifi olan 33 yaşlı hücumçu, klubun heyətində Premyer Liqada vurduğu qolların sayını 101-ə çatdırıb. Bununla da, Vardi “Lester Siti”nin heyətində çempionatda 100 qol həddinə çatan ilk futbolçu olub.