İngiltərə çempionu “Liverpul” Premyer Liqanın XXXII turunda “Mançester Siti”yə 0:4 hesabı ilə uduzub. 

Offsideplus.az xəbər verir ki, Yurgen Kloppun yetirmələri mövsümün ilk böyükhesablı məğlubiyyəti ilə son 22 ilin antirekorduna imza atıb.

 Sonuncu dəfə 1998-ci il mayın 6-nda çempion titulunun sahibi "Arsenal" məhz “Liverpul”dan 4 cavabsız qol buraxmışdı.