"Liverpul"un müdafiəçisi Joel Matip üçün mövsüm erkən bitib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqaının 30-cu turunda "Everton"la qarşılaşmada ayağından zədələnən 28 yaşlı oyunçu mövsümün qalan 7 oyununda forma geyinməyəcək.
Kamerunlu oyunçu cari mövsümdə 13 oyunda forma geyinib, rəqib qapılarına 2 dəfə yol tapıb.
Qeyd edək ki, "Liverpul" sona 7 tur qalmış çempionluğu rəsmiləşdirib.