"Mançester Siti" klubunun argentinalı hücumçusu Serxio Aquero dizindən əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın 30-cu turunda "Börnli" ilə qarşılaşmada zədələnən 32 yaşlı forvardın tezliklə bərpa prosesinə başlanılacaq. Həkimlər onun Çempionlar Liqası başlayana qədər hazır olacağını ehtimal edirlər.

Qeyd edək ki, "Mançester Siti" ÇL-nin 1/8 final mərhələsinin cavab oyununu avqustda "Real"a qarşılaşacaq.