"Arsenal"ın müdafiəçisi David Luizin taleyinə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, Braziliya millisinin üzvü London klubunda qalmaq qərarına gəlib.
"Fənərbaxça" və "Benfika"nın maraq dairəsində olan 33 yaşlı futbolçu "topçular"ın yeni müqavilə təklifini müsbət cavablandırıb. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.
Qeyd edək ki, David Luiz "Arsenal"a ötən ilin yayında "Çelsi"dən keçib.