"Liverpul"un iki futbolçusu – Endi RobertsonMəhəmməd Salah Premyer Liqanın 30-cu turunda “Everton”a qarşı keçiriləcək oyunu buraxa bilər.

Offsideplus.azxəbər verir ki, komandanın baş məşqçisi Yurgen Klopp da dünən oyun öncəsi keçirilən mətbuat konfrasında hər 2 futbolçunun tam hazır olmadığını, ancaq oynamaq istədiklərini açıqlayıb. Futbolçular haqda son qərarın məşqçilər heyətində olduğu vurğulanıb.

Qeyd edək ki, "Everton" - "Liverpul" görüşü bazar günü, saat 21.00-da keçiriləcək.