İngiltərə Premyer Liqası klublarından növbəti dəfə koronavirus testi götürülüb.
Offsideplus.az xəbər verir ki, 20 klubda bütovlükdə 1564 nəfərin testdən keçdiyi bildirilib. Testlər nəticəsində bir nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan şəxs kimliyi və klubu açıqlanmayıb.
Qeyd edək ki, koronavirusa görə martdan dayandırılan İngiltərə Premyer Liqası dünən bərpa olunub.