İngiltərənin "Çelsi" klubu daha bir transferini reallaşdırıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, "zadəganlar" Bundesliqa təmsilçisi "Leypsiq"dən Timo Verneri heyətinə qatıb.

London klubu 24 yaşlı hücumçu üçün 60 milyon avroluq sərbəst qalma məbləğini ödəyib.

Qeyd edək ki, 2016-cı ildən "Leypsiq"də çıxış edən forvardla "Liverpul" da yaxından maraqlanırdı.