“Tottenhem” klubu koronavirus pandemiyasına görə dayandırılan Premyer Liqanın bərpasından sonra “Mançester Yunayted”lə keçiriləcək oyunu azarkeşlərinin izləməsini təmin edəcək.
Offsideplus.az xəbər verir ki, oyun zamanı stadionda böyük ekranlar quraşdırılacaq və azarkeşlər “Zoom” proqramına qoşularaq, komandalarını dəstəkləyə biləcəklər. Bu şansdan mövsümlük biletə sahib olan azarkeşlər istifadə edə biləcək.
Qeyd edək ki, “Tottenhem” – “Mançester Yunayted” oyunu iyunun 19-da keçiriləcək.