“Çelsi” klubunun braziliyalı yarımmüdafiəçisi Villian komandasını dəyişə bilər.

Offsideplus.az xəbər verir ki, futbolçu ilə "Mançester Yunayted" yaxından maraqlanır.

London təmsilçisi ilə müqavilə müddəti bu ayın sonuna qədər olan 31 yaşlı hücumameyilli oyunçunun “qırmızı şeytanlar”a keçidi gözlənilir. 

Qeyd edək ki, Villian "Çelsi"dən 3 illik müqavilə tələb etsə də, "zadəganlar"ın rəhbərliyi futbolçuya maksimum 2 illik razılaşma təklif edir.