İngiltərə Futbol Assosiasiyası “Tottenhem” klubunun yarımmüdafiəçisi Dele Allini bir oyunluq cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, buna 24 yaşlı futbolçunun koronavirusla bağlı zarafat videosunu sosial şəbəkədə yayımlaması səbəb olub.
İngiltərə yığmasının üzvü həmçinin 50 min funt sterlinq məbləğində cərimələnib. Alli bu səbəbdən mövsümün bərpasından sonra iyunun 19-da "Mançester Yunayted"lə ilk oyunu buraxmalı olacaq.