Koronavirus pandemiyası səbəbindən İngiltərədə iki futbol çempionatı başa çatdırılıb.
Offsideplus.az xəbər verir ki, Birinci və İkinci Liqada mövsüm vaxtından əvvəl bitib. Qərar klub rəhbərliyi ilə keçirilən iclasdan sonra İngiltərə Futbol Liqası tərəfindən açıqlanıb. Klublar mövsümün bitməsinə səs verdiklərindən, təşkilatçılar turnir cədvəlindəki mövqelərə uyğun qalibləri müəyyənləşdirib.
"Koventri" və "Roterhem"in Birinci Liqadan Çempionşipə vəsiqə qazandığı açıqlanıb.
İkinci Liqada isə ilk üç pillədə qərarlaşan "Suindon Taun", "Kryu" və "Plimut" Birinci Liqaya adlayıb.