"Liverpul"un futbolçusu Adam Lallana klubunda qala bilər.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi komandadan ayrılmaq niyyətində deyil.

Futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır. Bu səbəbdən də onun “Liverpul”dan ayrılacağı bildirilirdi. İngiltərə mətbuatı daha öncə “Tottenhem”in oyunçu ilə danışıqlar apardığını yazmışdı.

Ancaq təcrübəli futbolçunun komandada qalmaq istədiyi məlum olub.

Qeyd edək ki, Lallana 2014-cü ildən "Liverpul"da çıxış edir.