Niderlandın "Utrext" klubunun akademiyasında çıxış edən qapıçı Mikki Van Sas İngiltərənin "Mançester Siti" komandasına transfer olunub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 16 yaşlı qolkiperin transferinin detalları açıqlanmayıb.

Qeyd edək ki, Mikki Van Sasın klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədər idi.