"Liverpul"un yarımmüdafiəçisi Adam Lallana mövsüm sonu komandasını dəyişə bilər.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində “Lester Siti” maraqlıdır.
Lallanın mövsüm sonu “Liverpul”la müqaviləsi bitir. Azad agent statusu daşıyacaq oyunçunun “Lester Siti”lə danışıq apardığı bildirilir. Komandanın baş məşqçisi Brendan Rodcers bir dönəm bəbəbər çalışdığı Lallananın heyətə cəlb edilməsində israrlıdır.
32 yaşı yarımmüdafiəçinin növbəti mövsüm Yurgen Kloppun planlarında daixl olmadığı vurğulanıb.