İngiltərənin “Everton” klubunun müdafiəçisi Yerri Mina sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu keçən həftə məşqdə zədələnib. 

Müayinələrdə futbolçunun sol ayaq əzələsində yırtıq olduğu məlum olub. Minanın bir neçə həftə məşq edə bilməyəcəyi bildirilib.