"Lester"in baş məşqçisi Brendan Rocers koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis BBC-yə açıqlamasında deyib.
47 yaşlı mütəxəssis virusa yoluxduğunu və bir müddət öncə sağaldığını bildirib:
“Çempionatlar dayandırılandan az sonra mən və həyat yoldaşım xəstələndik. Bir həftədən sonra daha çox çətinləşməyə başladıq. Qoxu və dad hissini itirmişdim. Özümü çox gücsüz hiss edirdim. Yeriməkdə belə çətinlik çəkirdim”.