"Liverpul" klubu "Leyptsiq"in ulduz futbolçusu Timo Vernerin transferini bitirmək üzrədir.

Offsideplus.az xəbər verir ki, İngiltərə klubu 24 yaşlı hücumçuya ilinə 10 milyon avroya qazanacağı 5 illik müqavilə təklif edib. Alman oyunçunun yaxın günlərdə "Liverpul"la rəsmi müqavilə imzalayacağı iddia edilir.

Qeyd edək ki, Verner bu mövsüm 39 matçda 30 qol vurub, 12  məhsuldar ötürmə verib.