"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo növbəti mövsümü Premyer Liqada çıxış edə bilər.
Offsideplus.az xəbər verir ki, “Tottenhem” futbolçunu icarəyə götürmək niyyətindədir. London klubu Koutinyo üçün 8 milyon funt sterlinq ödəməyə hazırdır.
Mövsümü “Bavariya”da keçirən braziliyalı oyunçu mövsümün sonunda İspaniyaya qayıdacaq.
“Barselona” isə Koutinyonu satmaq və ya yenidən icarəyə verməyi planlaşdırır.