İngiltərənin "Fulhem" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Offsideplus.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, həmin oyunçular hazırda təcrid olunublar.

Futbolçuların adları açıqlanmayıb.

Qeyd edək ki, "Fulhem" Çempionşipdə çıxış edir. Komanda 37 turdan sonra 64 xalla üçüncü pillədə qərarlaşıb. Çempionat mart ayında koronavirus pandemiyasına görə dayandırılıb.