İngiltərənin “Liverpul” klubu Almaniya yığmasının futbolçusu Timo Verneri uzun müddətdir transfer etmək istəsə də, fikrini dəyişib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Leypsiq”in hücumçusu üçün istədiyi məbləği ödəmək niyyətində olmadığı üçün bu transferdən imtina edib.

Almaniya təmsilçisi forvard üçün bonuslardan əlavə 60 milyon avro istəyir. Bir ildən sonra futbolçunun qiymətinin 40 milyona enəcəyini nəzərə alan “Liverpul” gözləməyi məqsədəuyğun sayıb.

Futbolçu "Yuventus"un da maraq dairəsindədir.

Qeyd edək ki, Vernerin “Leypsiq”lə müqaviləsi 2023-cü ilin yayında bitəcək.