"Mançester Yunayted"in zədəli futbolçuları sağalıblar.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın üzvləri olan Pol Poqba və Markus Reşford komanda ilə birgə hazırlıqlara qoşulublar.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə hər iki futbolçunun hazırda fiziki formasını bərpa etməklə məşğul olduğu diqqətə çatdırılıb.