İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Markos Roxonu satmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin məşqçilər korpusu argentinalı müdafiəçisi yeni mövsümdə komandada görmək istəmir.

Mançesterlilər Roxo üçün 12 milyon funt sterlinq istəyir. Futbolçunun xidmətində vətənində iki klub – “Estudiantes” və “Boka Xuniors” maraqlıdır.

Qeyd edək ki, Markos cari mövsüm Premyer Liqada 2, Avropa Liqasında 4 matç keçirib.