“Nyukasl” klubu da məşqlərə başlayıb.
Offsideplus.az xəbər verir ki,"sağsağanlar"ın futbolçuları və məşqçiləri klubun bazasında bir araya gəliblər. Futbolçular kiçik qruplar halında məşqlər ediblər.
Qeyd edək ki, koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 12-də bərpa oluna bilər.