İngiltərənin "Liverpul" klubu 2 aylıq fasilədən sonra məşqləri bərpa edib.
Offsideplus.az xəbər verir ki, İngiltərə hökumətinin klublara kiçik qruplar şəklində məşqlərə icazə verməsindən sonra Premyer Liqanın lideri öz bazasında məşq edib.
Bazaya gedən futbolçular arasında kapitan Cordan Hendersonla niderlandlı müdafiəçi Vircil van Deyk də olub.
Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.