Almaniya millisinin və “Borussiya”(Dortmund) klubunun sabiq qapıçısı Roman Vaydenfeller İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Leroy Sanenin “Bavariya”ya keçəcəyini bildirib.
Offsideplus.az xəbər verir ki, qapıçı açıqlamasında bunları deyib:
“Onun yenidən Bundesliqaya qayıdacağına və “Bavariya”nın oyunçusu olacağına tam əminəm. Bunu demək üçün yetərli mənbələrim var”.
Qeyd edək ki, 24 yaşlı Sane 2016-cı ildən “Mançester Siti”də çıxış edir.