"Mançester Yunayted" klubu "Lion"un üzvü Mussa Dembeleni transfer etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın 23 yaşlı hücumçu üçün 60 milyon funt sterlinq ödəməyə hazır olduğu bildirilib. İngiltərə klubunun baş məşqçisi Ole-Qunnar Sulşer mövsüm ərzində skautlarını "Lion"un matçlarına oyunçunu izləmək üçün göndərib.

Qeyd edək ki, Dembele bu mövsüm 42 matçda 22 qol vurub.