"Yuventus" klubu "Çelsi"nin italiyalı oyunçusu Jorjinyo Frello üçün qarşı tərəflə danışıqlara başlayıb.

Offsideplus.az "Daily Express"ə istinadən xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Maurisio Sarri "zadəganlar"ın futbolçusunu sərəncamında görmək niyyətindədir.

"Yuventus"un 28 yaşlı yarımmüdafiəçi üçün 40 milyon avro təklif etdiyi bildirilir.

Qeyd edək ki, Jorjinyo Sarrinin "Çelsi"yə gəlişi ilə "Napoli"dən 2018-ci ildə London klubuna transfer edilib.