"Mançester Siti"nin üzvü Serxio Aquero koronavirus barədə danışıb.
Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu pandemiyadan çəkindiyini bildirib:
“Bəzi insanlarda virusun heç bir simptomu yoxdur. Lakin onlar xəstəlik daşıyıcılarıdırlar. Futbolçuların bir çoxu bu virusdan qorxur. Çünki onların ailələri və uşaqları var. Xəstələnəndə dərhal “orda nə baş verir?” deyə, düşünəcəyik. Olduqca gərgin zaman yaşayacağıq. Ümid edirəm ki, qısa zamanda bu virusun peyvəndi tapılar və bütün bunlar sona çatar”.