“Çelsi" hücumçusu Temmi Abrahamla müqaviləni artıracaq.

Offsideplus.az xəbər verir ki, London klubu futbolçuya illik 8 milyon avro maaşla 2025-ci ilə qədər müqavilə təklif edib. Hazırda danışıqların davam etdiyi qeyd edilir. Abrahamın “Çelsi” ilə müqaviləsi 2021-ci ilə qədərdir.

Qeyd edək ki, 22 yaşlı oyunçu cari mövsümdə Premyer Liqada 25 oyun keçirib və 13 qol vurub.