"Tottenhem”in sabiq baş məşqçisi Mourisio Poçettino yenidən kluba qayıtmaq istədiyini etiraf edib.

Offsideplus.az xəbər verir ki, Poçettino nə vaxtsa "Tottenhem”ə qayıdacağına inandığını bildirib. O, bu klubla titul qazanmağın ən böyük arzusu olduğunu vurğulayıb:
"Biz, uzunmüddətli əla səyahət etdik. Bu səyahətin başa çatmasını heç kim istəmirdi. Ürəyimin dərinliyində hiss edirəm ki, bizim yolumuz yenə də kəsişəcək. Klubu tərk etdiyim gündən yenidən ora qayıtmaq arzusu ilə yaşayıram. Başa çatdıra bilmədiyimiz işi yekunlaşdırmaq lazımdır. Biz, Premyer Liqada və Çİ-də qələbəyə çox yaxın olduq. Amma son anda dayandıq. İndi isə səbirsizliklə təklif gözləyirəm. Mən yeni layihəyə motivasiya olmuşam”.
Qeyd edək ki, Poçettino "Tottenhem”də 2019-ci ilin 19 noyabrında istefaya göndərilib. O Joze Mourinyo əvəzləyib.