İcarə əsasında "Milan"dan “Aston Villa”ya keçən Pepe Reyna karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə 37 yaşlı qapıçı özü məlumat verib. Reyna, 2021-ci ilin yayında futbolçu karyerasını bitirəcəyini deyib. O, gələcəkdə məşqçi ola biləcəyini də dilə gətirib.

Karyerası ərzində “Barselona”, “Liverpul”, “Napoli”, “Bavariya” kimi klubların formasını geyinmiş Reyna, müqavilə ilə “Milan”a məxsusdur.