Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd Bin Salmanın İngiltərənin "Nyukasl" klubunu almağa hazırlaşması son günlər böyük ajiotaja səbəb olub.
Offsideplus.az xəbər verir ki, bu məsələ ilə bağlı "beIN Sports" yayım şirkətinin ardınca daha bir təpki gəlib.
Belə ki, Türkiyədə öldürülən jurnalist Camal Qaşıqçının nişanlısı Hatice Cengiz də Bin Salmanın klubu almaması üçün İngiltərə Premyer Liqası rəhbərliyinə məktub ünvanlayıb. O, şahzadənin ört-basdır etdiyi məsələlərin açıqlamasını verməmiş, İngiltərə kimi ölkənin futboluna nüfuz etməsini qəti şəkildə pislədiyini bildirib.
Hatice Cengiz ölkənin ali futbol qurumuna göndərdiyi məktubu sosial şəbəkə hesabından da paylaşıb:
"Aidiyyatı şəxslər və Premyer Liqa rəhbərliyi "Nyukasl"ın Bin Salmana satışına icazə verməməlidir. Törətdiyi əməllərin hələ də hesabını verməmiş bir cinayətkarın bu klubu almasına razılıq vermək olmaz. Hər şey bir kənara, bu hal ingilis futbolunun adına da xələl gətirəcək. Camal Qaşıqçının ölümündən sonra bu məsələni ört-basdır etmək üçün Bin Salman əla fürsət əldə edib. Premyer Liqa rəhbərliyindən xahiş edirəm, bu satışı əngəlləmək üçün əlindən gələni etsin"
Qeyd edək ki, şahzadə Məhəmməd Bin Salman "sağsağanlar"ı 300 milyon funta satın alacaq.
My statement urging @premierleague to intervene to stop the takeover of @NUFC and keep MBS away from sports in the UK. Doing otherwise, will greatly stain the reputation of The Premiere League and the UK. #nufctakover #NUFC #JusticeForJamal pic.twitter.com/ZXfxY04Dsj
— Hatice Cengiz / خديجة (@mercan_resifi) April 24, 2020