İngiltərənin "Nyukasl" klubunun baş məşqçi postuna yeni mütəxəssis gətirilir.

Offsideplus.az "goal.com"a istinadən xəbər verir ki, komandanı satın alacaq Səudiyyə Ərəbistanı kralının oğlu, şahzadə Məhəmməd Bin Salman tanınmış məşqçini komandanın sükanı arxasına gətirir.

Söhbət Braziliyanın "Flamenqo" klubunun baş məşqçisi Xorxe Jesusdan gedir. 65 yaşlı portuqaliyalı mütəxəssislə artıq danışıqlara başlanılıb.

"Sağsağanlar"ın hazırki çalışdırıcısı Stiv Brusun istefaya göndəriləcəyi bildirilir.

Qeyd edək ki, Bin Salmanın "Nyukasl"ı 300 milyon funt-sterlinqə alacağı gözlənilir.