"Çelsi" klubunun braziliyalı ulduzu Villian Borqeş İngiltərənin iki nəhəng klubunun transfer hədəfindədir.
Offsideplus.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, hər iki klub növbəti mövsümdə "sambaçı"nı heyətində görmək istəyir.
31 yaşlı futbolçunun isə London təmsilçisində qalacağı güman edilmir. Belə ki, Villian klub rəhbərliyi ilə 3 illik müqavilə üçün razılıq əldə edə bilmir. "Çelsi" futbolçuya maksimum 2 illik razılaşma təklif edir.
Qeyd edək ki, sözügedən oyunçu 2013-cü ildə Dağıstanın "Anji" klubundan "Çelsi"yə transfer edilib.