İngiltərə Premyer Liqasında əvəzetmələrin sayı artırıla bilər.
Offsideplus.az, yarışın təşkilatçıları koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpasından sonra komandalara hər oyunda 5 dəyişikliyə icazə verilməsinin tərəfdarıdır. Bu da onunla bağlıdır ki, fasilədən sonra futbolçuların fiziki durumu idealdan uzaq olacaq, həmçinin komandalar həftədə iki matç keçirməsi ehtimalı da var. Belə yükləmə zədə riskini artıra bilər.
Qeyd edək ki, hər matçda beş əvəzetmə ilə bağlı təklif FİFA tərəfindən təklif olunub. Bu dəyişiklik müvəqqəti xarakter daşıyacaq.