Türkiyəmillisinin və İngiltərənin “Everton” klubunun hücumçusu Cenk Tosun zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, ötən ayın əvvəlində dizindəki zədə səbəbindən əməliyyat olunan və həmin dövrdən bəri müalicə alan forvard artıq fərdi məşqlərə başlayıb.

Uzun fasilədən sonra sıraya dönən futbolçu “Everton”un təlim-məşq bazasında hazırlıq keçir.