“Arsenal” hücumçusu Pyer-Emerik Obameyanqla bağlı qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi mövsümün sonunda 30 yaşlı forvardı satmaq niyyətindədir.
Məlumatı “The Telegraph” nəşri yayıb. Xəbərdə London klubunun koronavirus pandemiyasına görə üzləşdiyi maddi çətinlik səbəbindən qabonlu oyunçunu satacağı bildirilib. “Topçular” məhz bu yay futbolçunu satmaqla gəlir götürmək istəyir.
Qeyd edək ki, Obameyanqla “İnter”, “Barselona” və “Çelsi” yaxından maraqlanır.